Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundovanın qızı Dilavər Axundova faciəli şəkildə vəfat edib.
Ucnoqta.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Fransada baş verib.
Belə ki, orada təhsil alan D.Axundova yol qəzasında dünyasını dəyişib. O, bu ölkədəki universitetlərin birində ikinci kurs tələbəsi imiş.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır.
Məlumata görə, həmin vaxt N.Axundova özü də Polşada ezamiyyətdə olub.
Qeyd edək ki, N.Axundova İnstitutun "Azərbaycanın XV-XVIII əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisidir.