Rusiyada 10-cu sinif şagirdi özünü 16-cı mərtəbədən atıb

15:36 - 28 Dekabr 2023 - HADİSƏ

Moskvanın 1467 nömrəli məktəbində yeni il tədbirindən sonra sərxoşluğuna görə cəzadan qorxan əlaçı şagird 16-cı mərtəbədən atılıb.

10-cu sinif şagirdi 16 yaşlı Kristina Q. (ad dəyişdirilib) axşam saatlarında Vnukovskoye qəsəbəsindəki bayram məclisindən evə qayıdıb. Böyük qardaş tüstünün iyini duyub və ailənin atasına xəbər verib. Valideyn-qızın söhbəti yaxşı getmədi və o, söhbəti növbəti günə saxlayıb.

Ata hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün qızının otağına girəndə açıq balkon və aşağıda qızın cəsədini aşkarlayıb. Məktəbli qız yıxılan zaman dirəyə asılıb, ona görə də onu endirmək üçün xilasediciləri çağırmalı olublar.

Faktla bağlı intihara təhrik maddəsi ilə cinayət işi açılıb.

Xəbər xətti