Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.