31 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra öldü

11:01 - 25 Dekabr 2023 - HADİSƏ

İsmayıllıda 31 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra ölüb.

Baş prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə qeysəriyyə əməliyyatı olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti