İsmayıllıda 31 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra ölüb.
Baş prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə qeysəriyyə əməliyyatı olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.