Ötən gecə Moskvada bir nəfəri vuraraq öldürən “Lamborghini Urus”un sürücüsü “Qruşka” federal gözəllik salonları şəbəkəsinin təsisçisi Alena Qruşkanın 30 yaşlı Anatoli Qruşkanın əri olub.
Ucnoqta.az xəbər verir ki, ölən Udmurtiyadan olan 29 yaşlı Nikolay Norkindir. Onun yolu səhv yerdən keçməsi müəyyən edilib.
Qəza zamanı Anatoli Qruşka avtomobildə tək olub - sərnişinlər olmayıb. O, Moskvadan Şeremetyevo istiqamətində hərəkət edirmiş. Urusun sığortasız idarə edildiyi də məlum olub. Bundan əlavə, avtonəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmadan avtomobil idarə etməyə görə inzibati məsuliyyətə cəlb edilib.
21:40 (24.12)
Moskvada “Metropolis” ticarət mərkəzinin yaxınlığında “Lamborgini Urus” markalı avtomobil bir nəfəri vuraraq öldürüb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verri ki, idman avtomobili "Qruşka" federal gözəllik salonları şəbəkəsinin yaradıcısı Alena Qruşkaya məxsusdur.
Bildirilir ki, piyada yolu keçid olmayan yerdən keçib. Ekspertlər hadisəni araşdırır.