Şabranda şəhər icra nümayəndəliyinin inzibati binasında baş verən yanğın söndürülüb.
Bizim.media-nın əldə etdiyi məlumata görə, yanğın şəhər nümayəndəliyinin binasında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şabrandakı şöbəsinin iki otağında baş verib.
Ümumi sahəsi 48 kvadratmetr olan şöbənin iki otağında 24 kvadratmetr sahə yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqilində baş verən qısaqapanma nəticəsində qeydə alınıb.