Vin Dizelin keçmiş köməkçisi Asta Jonasson aktyoru ona təcavüz etməkdə və düşməncəsinə iş mühiti yaratmaqda ittiham edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, Conasson Los-Anceles Ali Məhkəməsində mülki iddia qaldırıb. Onun versiyasına görə, hadisə 2010-cu ildə Atlantada (Corciya) bir otel otağında baş verib.
CNN-in məlumatına görə, Dizelin “One Race Production” şirkəti və aktyorun həmin vaxt onu idarə edən bacısı Samanta Vinsentə qarşı da iddia qaldırılıb. Jonasson iddia edir ki, o, Vinsentə təcavüz barədə danışıb, bundan sonra işdən çıxarılıb.