Afaq Bəşirqızıdan Gülxanıma sərt sözlər - VİDEO

14:30 - 15 Dekabr 2023 - MAQAZİN

Xalq artisti Afaq Bəşirqızı “Səni axtarıram” verilişinə zəng vuraraq efirə çıxarılan qadını tənqid atəşinə tutub.

Ucnoqta.az yenisabah.az-a istinadən xəbər verir ki, aktrisa canlı yayım zamanı birbaşa aparıcı Xoşqədəm Hidayətqızının telefonuna zəng vurub.

O, şikayət üçün studiyaya gələn qadının dərhal efirdən qovulmasını tələb edib:

“Xoşqədəm, sənə fiziki güc və səbir arzulayıram. Mənim kimi səbirli adam dözə bilmədim və sənə zəng etdim. Xoşqədəm, səndən çox xahiş edirəm, qurban olum, o qadını efirdən götür. Azərbaycan xalqının qadınları, qızları Gülxanımdan tərbiyə götürə bilməz! İki gün idi studiyaya gəlirdi, üçüncü gün isə o qız restoranda idi. Bundan nə gözləyirəm?!Mən Şabranın aidiyyəti qurumlarında işləyənlərə, oranın camaatına yaxşı bələdəm, onlar həmyerlilərimdir. Gülxanım hamını aldada bilər, amma mənə deyə bilməz ki, Şabrana niyə qayıtmır!

Gülxanım çox gözəl bilir ki, Bakı şəhərində 500 manata 3 uşaqla, özü də kirayədə qalaraq dolanmaq olmaz. Sağ olsun, kimsə ona 700 manatlıq iş verib. O qızın işini düzəltdiniz, vəsallam, indi qalsın Bakıda. Qoy getsin uşaqlarını da gətirsin, 700 manatla Bakıda o çəkmələrlə, o paltarla baş çıxartsın! Görüm nə edəcək. Hər gün bir paltarda, bir qolbaqda efirə çıxır. Ona başa salın ki, taxdığı sırğalar da hər paltarla getmir.

Xoşqədəm, səndən xahiş edirəm, artıq əsəblərimiz dözmür! Uşaqlarımızın tərbiyəsi pozulur, onsuz da pis gündəyik. Xahiş edirəm, o qızı efirdən götür, bütün əsəblərimiz tarıma çəkilib!”

Xoşqədəm Hidayətqızı isə cavabında qadının yox uşaqların yanında olduğunu, onları Bakıya gətirtmək istədiyini bildirib:

“Afaq xanım, bir halda ki, siz mənə zəng etdiniz, mən açıb deyirəm, uşaqlar atanın yanında yara töküb. Mən Gülxanımın yox, uşaqların yanındayam. İstəyirəm ki, onlar ananın yanına gəlsin, çünki atalarının yanında onlara baxan yoxdur”.

Aktrisa yenidən əsəbiləşərək ananın uşaqlara baxmayacağını iddia edib:

“Gülxanım uşaqlara baxan deyil, baxmayacaq, o ancaq özünə baxır! 15 gündür efirdədir, qaşına bir dənə tük belə çıxmayıb. O, ancaq özünü saxlayır. Sən uşaqlara baxsaydın, onlar bu qədər tezliklə yara tökməzdi!”

Sözügedən kadrları təqdim edirik:

Afaq Bəşirqızıdan Gülxanıma sərt sözlər

Xəbər xətti