Von der Leyenin çıxışından sonra zalda it hürməsi səsi yayıldı - VİDEO

18:24 - 13 Dekabr 2023 - MARAQLI

Avropa Komissiyasının (AK) rəhbəri Ursula von der Leyenin Avropa Parlamentinin sessiyasındakı çıxışı yekunlaşdıqdan sonra iclas zalının spikerlərindən it hürməsi səsi yayılıb.

Ucnoqta.az xəbər verir ki, bu zaldakıların təəccübünə və gülüşünə səbəb olub.

“Avropa birləşib başını dik tutub onun qüdrətini vətəndaşlarımıza göstərək. Yaşasın Avropa” - von der Leyen deyib.

Onun sözlərindən sonra yüksək və uzun sürən it hürməsi eşidilib.

Xəbər xətti