Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanıb.
Ucnoqta.az xəbər verir ki, hadisə Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə yerləşən 8 obyekt və 900 kv metr ərazi yanıb.
Hadisə yerinə FHN-in Sabirabad və Saatlı yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb ounub. Yanğın söndürülüb və digər obyektlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.///apa