İnternet TV rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayətlər əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb.
İstintaq hərəkətləri aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya faktı təsdiqləyib.