Azərbaycanda koronaya yoluxan hər 5 nəfərdən biri ölür - ŞOK

20:53 - 5 Dekabr 2023 - ÖLKƏ İÇİ

"Televiziya covidlə bağlı reportaj verir. Həkim deyir ki, kütləvi peyvəndləşmədən sonra ölüm halları azalıb. Necə azalıb? Axı mən statistikanı təhlil edirəm".

Ucnoqta.az xəbər verir ki, bunu Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov sosial şəbəkə hesabında yazıb. Sahib Məmmədov bildirib ki, 3 il bundan qabaq elə bu günlərdə növbəti pik idi:

"Qeydə alnan yoluxma təxminən gündəlik 4500 nəfər, ölüm halı isə 35-40 nəfər maksimum. Yəni 1 %-dən az. İndi jurnalist xanım statistikanı səsləndirdi. Həftə ərzində qeydə alınan yoluxma 20 nəfər, ölüm 4 nəfər. Yəni 20%. Qeyd edək ki, dünyanın səhiyyə sistemi demək olar mövcud olmayan ölkələrində coviddən ölüm halı 4%-i keçməyib. Bu nə deməkdir? Bir tədqiqatçı jurnalist niyə bunu araşdırmır? Hər 5 nəfər yoluxandan biri ölürsə, o zaman bu nə virusdu? Bəs peyvəndlər? Niyə rəsmi informasiyalara etimadı öldürürsüz?"

"Bu arada qızılça təhlükəli epidemiyaya çevrilir. İdarə oluna bilən infeksiya niyə belə sürətlə yayılır?" - Sahib Məmmədov qeyd edib. 

Xəbər xətti