Avro-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu müəyyənləşib.
Ucnoqta.az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun İsveçə qarşı matçda topu uzaq məsafədən rəqib qapısına vurduğu qol ən yaxşı seçilib. Onun qolu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub.
Qeyd edək ki, sözügedən görüşdə Azərbaycan İsveçi 3:0 hesabı ilə məğlub edib.