Perunun qərbində avtobusun 300 metrlik uçurumdan aşması nəticəsində azı 20 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli RPP radiostansiyası məlumat yayıb.
Məlumata görə, avtomobildə olan 9 sərnişin sağ qalıb. Onlar xəstəxanaya yerləşdirilib. Polis həlak olanların cəsədlərinin axtarışını davam etdirir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.