Ucnoqta.az
www.ucnoqta.az

Peruda avtobus uçurumdan aşıb - 20 ölü

21:39 - 21 Noyabr 2023 tarixində dərc olunub.

Perunun qərbində avtobusun 300 metrlik uçurumdan aşması nəticəsində azı 20 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli RPP radiostansiyası məlumat yayıb.

Məlumata görə, avtomobildə olan 9 sərnişin sağ qalıb. Onlar xəstəxanaya yerləşdirilib. Polis həlak olanların cəsədlərinin axtarışını davam etdirir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası