Türkiyənin "Show Tv" kanalında yayımlanan "Didem Arslan Yılmazla vazgeçme" verilişində Azərbaycanın tanınmış aparıcısı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı, müğənni Doğuş haqqında səsləndirilən iddiaların yalan olduğu ortaya çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə verilişin aparıcısı verilişdə bildirib. O, daha əvvəl verilişdə səsləndirilən iddiaların düzgün olmadığını, bu səbəbdən Xoşqədəm Hidayətqızından üzr istədiyini bildirib.