Lənkəranda balıq tutan şəxsin cərəyan vurması nəticəsində ölməsi araşdırılır

13:15 - 21 Oktyabr 2023 - HADİSƏ

Prokurorluq Lənkəranda balıq tutan şəxsin cərəyan vurması nəticəsində ölməsi faktını araşdırır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, oktyabrın 20-də 1996-cı il təvəllüdlü Fərid Aslanlının Girdəni çayının Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində balıq ovlayarkən tilovun uc hissəsinin hündürlükdən keçən elektrik naqilinə təmas etməsi səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti