Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alması faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
***
Tovuz sakini güllələnib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Muncuqlu kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmov aldığı güllə yarasından ölüb.
İlkin məlumatına görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Turan Rüstəmovun əmisi APA-ya bildirib ki, qardaşı oğlu dostları ilə meşəyə ova gedib. O, ovda silahla ehtiyatsız davaranıb, açdığı atəş özünə, ürək nahiyəsinə dəyib.