ABŞ dövlət katibi Əmmanda Fələstin lideri ilə görüşüb

20:09 - 17 Oktyabr 2023 - HADİSƏ

ABŞ dövlət katibi Antoni Blinken və Fələstin Dövlətinin prezidenti Mahmud Abbas İordaniyanın paytaxtı Əmmanda görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, danışıqlar Qəzza zolağı ətrafında vəziyyətin müzakirəsinə yönəlib. Telekanalın qeyd etdiyi kimi, Blinken və Abbas münaqişəni cilovlamaq, onun genişlənməsinin və regionda yayılmasının qarşısını almaq yollarını müzakirə edirlər.

Xəbər xətti