Moldovada ehtiyatda olan hərbçilərin təlimləri başlayır

13:01 - 25 Sentyabr 2023 - DÜNYA

Moldovada ehtiyatda olan hərbçilərin təlimləri başlayır

Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyi tədbirlərin sentyabrın 25-dən 29-dək baş tutacağını açıqlayıb
Məlumata görə,  ehtiyatda olan hərbçilərin bacarıqlarını yoxlamaq, onları ordunun texnologiyası, texnikası və silahları ilə tanış etmək məqsədi daşıyan planlı təlimlərdir.

Nazirlik təlimlər çərçivəsində poliqonlara hərbi texnikanın gətiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Öz növbəsində, tanınmamış Dnestryanı bölgənin səlahiyyətliləri Moldova ordusunun Rusiya sülhməramlılarının mühafizəsi altında Dnestr boyunca bölücü zona yaxınlığındakı Bulboaca poliqonunda getdikcə tez-tez keçirdiyi təlimlərdən narahatlığını bildirib.

Xəbər xətti