Albert Aqarunovun Şuşada vurduğu erməni tankı Bakıya gətirildi - VİDEO

23:22 - 22 Sentyabr 2023 - Xəbər

Albert Aqarunovun Şuşada vurduğu tank 31 ildən sonra Bakıya gətirildi.

Ucnoqta.az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı video görüntülər "telegram" kanallarında yayılıb.

Bildirilir ki, tank hazırda Qənimətlər parkına aparılır.

Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. 

Birinci Qarabağ müharibəsindən sonra isə bərpa edilərək, Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti