Ermənilərin Xankəndi yolunda Şuşaya tuşlanmış məşhur tankı götürülüb
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, 1992-ci ilin 8 mayında Şuşaya hücum vaxtı şəhərə ilk girən Qaqik Avşaryanın tankıdır. Azərbaycanın qəhrəman oğlu, tank komandiri Albert Aqarunov “flaqman” rolunu oynayan Avşaryanın 442 nömrəli tankını məhv etmişdi.
Ermənilər Avşaryanın T-72 tankını bərpa edib, yaşıl rəngə boyayıb və magistral üzərində, Şuşaya tuşlanmış halda “abidə” kimi saxlamışdılar.