Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycandan yeni şərhlər alıb - Paşinyan

11:26 - 14 Sentyabr 2023 - SİYASƏT

Ermənistan ağlabatan müddətdə Azərbaycanla sülh müqaviləsinin yeni variantı ilə bağlı öz şərhini verəcək

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycandan yeni şərhlər alıb. Biz işləyəcəyik və ağlabatan vaxt ərzində şərhlərimizi təqdim edəcəyik. Regionumuzda sülhün alternativi yoxdur, ölkələrimizin və region ölkələrinin təhlükəsizliyini təmin edir və suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünü təmin edən yeganə çıxış yoludur”, - deyə o bildirib.

Xəbər xətti