Populyar YouTube blogeri Keysi Neystat Nyu-York şəhərindəki səkinin sözün əsl mənasında yeraltı kommunikasiyalara necə çökdüyünü lentə alıb.
Ucnoqta.az xəbər verir ki, kadrlarda Keysi Neystatın çatlamış plitələrin üzərinə ehtiyatla addımladığı və səki parçasının dərin çuxura düşdüyü görünür. Bloger kameranı yaranan çuxura yönəldir və onun çoxlu borularla yeraltı otağa apardığı görünür.
Qeyd edək ki, video 20 saat ərzində 18 milyondan çox baxış toplayıb.