Rusiyada benzin həftə ərzində orta hesabla 38 qəpik bahalaşıb
Ucnoqta.az xəbər verir ki, statistika məlumatlarına əsasən, 2023-cü il sentyabrın 4-dən sentyabrın 11-dək Rusiyada benzinin orta istehlak qiymətləri 38 qəpik artaraq litr üçün 55,21 rubl təşkil edib.
Aİ-92 markalı benzinin orta qiyməti 35 qəpik artaraq litri 51,02 rubl təşkil edib. Aİ-95 markalı benzinin orta qiyməti 39 qəpik artaraq 1 litr üçün 55,77 rubl, Aİ-98 markalı benzinin qiyməti 47 qəpik artaraq 67,37 rubl/lirə təşkil edib. Dizel yanacağı 1 rubl 6 qəpik bahalaşaraq 62,64 rubl təşkil edib.