Yolun hər iki tərəfində piyada keçidi olmasına baxmayaraq, keçiddən istifadə etməyən piyadanı avtomobil vurub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Səbail rayonu, Bülbül prospektində, “Sahil” metro stansiyasının yaxınlığında baş verib.
“Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşların bəziləri hələ də piyada keçidlərindən istifadə etmirlər. Nəticədə də həyatlarını təhlükəyə atırlar”, - qurumdan bildirilib.
Hadisənin görüntülərini təqdim edirik: