Qaxda evini sel aparan şəxs üçün çadır ev qurulub -  FOTO/VİDEO

09:15 - 21 İyun 2023 - Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinə Qax rayonu, Qaradolaq kənd sakini Salmanov Süleyman Məhəmməd oğluna məxsus evin intensiv yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Qaradolaq kənd sakini S.Salmanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.


Xəbər xətti