Tanınmış reper Epinin (Əkbər Novruzlu) səkkiz gündür itkin düşən Səma Qarayevanın evdən qaçmasına kömək etməsi iddiasına cavab verilib.
Sənətçinin köməkçisi tərəfindən Olay.az-a verilən açıqlamada bildirilir ki, qız köməklik üçün repçiyə müraciət edib:
“Xanımın Epi ilə bir əlaqəsi yoxdur. O, evdən uzaqlaşmaq üçün kömək istəyib. Epi isə xanımı rədd edib ki, belə problem yaşanmasın. Anası şübhəsi səbəbindən çıxıb verilişdə Epinin adını çəkib”.
Qeyd edək ki, “Səni axtarıram” verilişinin dünənki buraxılışında qadın iddia edib ki, bir ildir, qızı Epi ilə danışıb və övladının qaçmasına repçi köməklik göstərib.