Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyində müşavir vəzifəsinə təyin edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, Orxan Fikrətoğlu Milli Kulinariya Mərkəzinin direktoru vəzifəsindən azad edilib.