Fransa Tokioda NATO-nun əlaqə ofisinin açılmasına qarşıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalına fransız diplomatik mənbəsi məlumat verib.
Bildirilir ki, Paris NATO-nun Şimali Atlantika regionunda təhlükəsizliyə cavabdeh olan təşkilat olduğunu hesab edir və alyansın fəaliyyəti yalnız bu ərazini əhatə etməlidir.
Qeyd edilir ki, əgər NATO-nun Hind-Sakit okean regionunda vəziyyətə nəzarət etməsi lazımdırsa, o zaman ona üzv olan ölkələrin səfirlikləri bu rolu öz üzərinə götürməlidir.