Şimali Koreyanın baş konsulunun həyat yoldaşı və oğlu itib

12:44 - 6 İyun 2023 - DÜNYA

Polis Şimali Koreyanın Vladivostokdakı baş konsulunun həyat yoldaşı və oğlunu axtarır.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, 15 yaşlı Pak Kvon-ju 43 yaşlı anası Kim Kum Sun ilə birlikdə iyunun 4-də səhər saatlarında taksi ilə KXDR-in baş konsulluğunun ərazisini tərk edib. Bu vaxta qədər onlarla əlaqə saxlamaq mümkün olmayıb, telefonları yoxdur.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları taksi sürücüsünü tapıblar. Taksi sürücüsü sərnişinləri Russkaya küçəsindəki binaya endirdiyini bildirib. Kamera görüntüləri də bunu təsdiqləyib. Onların axtarışı üçün könüllülər də cəlb olunub.

Xəbər xətti