Bakıda intihar hadisəsi baş verib.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisindəki şadlıq evlərindən birində qeydə alınıb.
Orada elektrik işləyən, 1956-cı il təvəllüdlü Şahin Soltanov iş yerində özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.