Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kişi şadlıq evində özünü asdı

18:00 - 5 İyun 2023 tarixində dərc olunub.

Bakıda intihar hadisəsi baş verib.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisindəki şadlıq evlərindən birində qeydə alınıb.

Orada elektrik işləyən, 1956-cı il təvəllüdlü Şahin Soltanov iş yerində özünü asıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası