Prezident qanuna dəyişikliyi təsdiqlədi

16:26 - 10 Mart 2026 - Xəbər

Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanuna dəyişikliyi təsdiqləyib.

Ucnoqta.az xəər verir ki, dəyişiklikdə qeyd olunur: 

“Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilir. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir və bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunur”.

Xəbər xətti