Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu

11:58 - 11 Mart 2026 - DÜNYA

Hörmüz boğazında daha bir ticarət gəmisi mərmi ilə vurulub və yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatı Əməliyyatları Mərkəzinin (UKMTO) açıqlamasına görə, heyət təxliyə olunur.

Bildirilir ki, UKMTO Hörmüz boğazında Omanın 11 dəniz mili şimalında baş verən hadisə barədə məlumat alıb. Bildirilib ki, naməlum mərmi Hörmüz boğazında yük gəmisinə dəyib və nəticədə göyərtədə yanğın baş verib. Gəmi kömək istəyib və heyət təxliyə olunur.

Xəbər xətti