Hindistanda 8 il əvvəl 200 milyon dollara tikilən körpü uçub
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Bihar əyalətində 2014-cü ildən inşa edilən və tikintisinə 200 milyon dollardan çox xərclənən yarımçıq körpü uçub.
Hakimiyyət körpünün məqsədli şəkildə söküldüyünü bildirib. Məlumata görə, bir il əvvəl o, qismən dağılıb, bundan sonra onun sökülməsinə qərar verilib.