Sosial şəbəkələrdə "Toyata Prius" markalı avtomobilin sürücüsünün yol polisi əməkdaşlarına qarşı tabesizlik göstərməsi və maşını onların üstünə sürməsi ilə bağlı görüntülər yayımlanıb.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, bu gün səhər saat 7:50 radələrində paytaxtın Cəfər Xəndan küçəsində, Azadlıq prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız “Toyota Prius” markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb. Sürücü polisə tabesizlik göstərməklə onların qanuni “saxla” əmrinə tabe olmayıb:
"Nəticədə bir neçə nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Həmin şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib, əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyəti üzrə məhkəməyə təqdim ediləcək".
Araz Əsgərli onu da qeyd edib ki, təfərrüatları barədə məhkəmənin qərarırndan sonra ətraflı məlumat təqdim ediləcək.