Bakıda terminaldan 29 mini belə oğurladı - VİDEO

20:14 - 7 Mart 2023 - HADİSƏ

Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib.

Ucnoqta.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov saxlanılıb.

Həmin oğurluq hadisəsinin görüntülərini təqdim edirik:

Xəbər xətti