Honq-Konqda tikilməkdə olan 42 mərtəbəli göydələn yanır.
Ucnoqta.az xəbər verir ki, hadisə Tsim Şa Tsuinin böyük alış-veriş və turizm bölgəsində baş verir. Binanın yuxarı hissəsindən yayılmağa başlayan yanğın bir saat ərzində onu tamamilə bürüyüb.
Yanğınsöndürənlər onu tam hündürlükdə söndürməyə çalışırlar. Göydələnin içərisində həlak olanlar barədə hələlik məlumat yoxdur. Yuxarıdan tökülən alovlu dağıntılar bir neçə sürücünün xəsarət almasına səbəb olub.