Ufada 10-cu mərtəbədən yıxılan 20 yaşlı qız sağ qaldı - VİDEO

17:37 - 24 Fevral 2023 - HADİSƏ

Ufada Kuznetsovski Zaton mikrorayonunda qız 10-cu mərtəbədən yıxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ufa_rb Telegram kanalında görüntülər yayılıb. Belə ki, hündürlükdən qar topasının üzərinə düşən qız sağ qalıb. Hadisə 22 fevral axşam saatlarında baş verib. Görüntülərdə üç nəfərin zərərçəkənin yanına qaçdığı, onlardan birinin üst paltarı olmadığı görünür. İki naməlum şəxs gödəkçələrini çıxararaq zərərçəkmişin üstünə örtüblər. Bundan sonra gənclərdən biri avtomobillə həmin yerə gedib, naməlum şəxslər qızı oradan uzaqlaşdırıblar.

Başqırdıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, zərərçəkmiş xəstəxanada daimi həkim nəzarətindədir. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.
20 yaşlı qıza müşayiət olunan travma, qançırlar və sınıqlar diaqnozu qoyulub.

Xəbər xətti