Naxçıvanda baş verən yanğın söndürülüb- VİDEO

19:01 - 17 Fevral 2023 - HADİSƏ

Naxçıvanda yaşayış binasında baş verən yanğın nəticəsində beşmərtəbəli binanın dam örtüyü 400m² sahədə yanıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 2-ci mikrorayonda yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və yanğın dərhal əraziyə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyü 400m² sahədə yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib, xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


16:11

Naxçıvanda güclü yanğın hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. Qeyd olunur ki, yanğın mikrorayon ərazisində yaşayış binasında baş verib.

Xəbər xətti