Azarkeş meydana daxil olub futbolçunu vurdu - oyun ləğv edildi - VİDEO

13:49 - 15 Fevral 2023 - İDMAN

Kolumbiya liqasının oyununda azarkeş meydançaya qaçaraq futbolçunu vurub.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, insident “Deportes Tolima” – “Millonarios” oyunu zamanı baş verib. Belə ki, oyun zamanı bir azarkeş meydançaya qaçaraq "Millionarios"un 31 yaşlı mərkəz yarımmüdafiəçisi Daniel Katanyonun kürəyinə yumruq vurub. Oyunçu isə ona hücum edən şəxsi təqib edərək vurub.

Hakim oyunu yarımçıq saxlayıb və bir qədər fasilədən sonra görüşü davam etdirməmək qərarına gəlib.

Qeyd edək ki, Katanyo 2022-ci ilin iyulunda "Deportes Tolima"dan "Millonarios"a keçib. 

Xəbər xətti