Britaniyada İkinci Dünya Müharibəsindən qalmış bomba partladı - Video

12:20 - 11 Fevral 2023 - HADİSƏ

Böyük Britaniyada İkinci Dünya Müharibəsi zamanından qalmış 250 kiloqramlıq bomba partlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hadisə Londondan 200 km aralıda, Qreyt Yarmut şəhərində baş verib. Tapılan aviabombanı zərərsizləşdirməyə çalışsalar da, lakin vaxtından əvvəl partlayış olub.

Bomba əvvəlcədən planlaşdırılmamış partlama ehtimalını təmin edən qum baryeri ilə örtülmüşdü. Bu səbəbdən nəticədə heç kim xəsarət almayıb və ətraf mühitə dəymiş ziyan cüzi olub.

Xəbər xətti