Masazırda moped sürücüsünün ölümü ilə nəticələnən qəzanın görüntüsü yayılıb
Ucnoqta.az xəbər verir ki, videodan görünür ki, moped sürücüsünün ani diqqətsizliyi qəzaya səbəb olub.
Xatırladaq ki, ağır qəza ötən gün Abşeron rayonu, Masazır qəsəbəsində Əliağa Vahid küçəsində baş verib. Belə ki, hərəkətdə olan moped birinci dayanacaqda dayanan marşrut avtobusuna, daha sonra isə sürücü eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinin altına düşüb.
Nəticədə mopedin sürücüsü ölüb.