Mağazada oğurluq edən keçmiş məhkum saxlanılıb

11:10 - 9 Fevral 2023 - HADİSƏ

Bakıda mağazada qadının cüzdanından oğurluq edən qadın saxlanılıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Seyidzadə küçəsində yerləşən mağazaların birində Bakı şəhər sakini olan bir qadının içərisində 500 manatı, sənəd və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Xəbər xətti