Türkiyənin cənub-şərqindəki Hatay vilayətində dağıdıcı zəlzələdən 44 saat sonra 2 yaşlı uşaq dağıntılar altından xilas edilib.
Ucnoqta.az xəbər verir ki, xilasedicilər dağıntılar altında olan körpəyə əlləri ilə su veriblər.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yüzlərlə zəlzələdən sonra baş verən yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 10 əyalətində və qonşu dövlətlərdə hiss olunub.
Son məlumatlara görə, Türkiyədə 7 mindən çox insan dünyasını dəyişib.