"Əl-Nəsr"in baş məşqçisi Rudi Qarsiya Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Sfera.az Gazeta.ru-ya istinadən xəbər verir ki, mütəxəssis 37 yaşlı forvardın tezliklə Avropaya qayıdacağını bildirib:
“Ronaldo heyətimizin keyfiyyətcə təkmilləşdirilməsidir. O, dünyanın ən yaxşı hücumçularından biridir və rəqiblərimizin müdafiəçilərinə problem yaradacaq. Karyerasını “Əl-Nəsr”də bitirəcəyini düşünmürəm. Ronaldo tezliklə Avropaya qayıdacaq”, - deyə Qarsiya vurğulayıb.
Xatıraldaq ki, Ronaldo “Əl-Nəsr”lə 2.5 illik müqavilə imzalayıb. O, bu müddətdə ildə 200 milyon avro qazanacaq.