İrandakı səfirliyimizə hücum anı - ANBAAN VİDEO

12:30 - 27 Yanvar 2023 - Xəbər

Azərbaycanın İrandakı səfirliyinə hücum anının görüntüləri yayılıb.

Ucnoqta.az xəbər verir ki, görüntülər Azərbaycan səfirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə əlində “Kalaşnikov” olan şəxs səfirliyin binasına daxil olaraq əməkdaşlara atəş açır. Səfirlik əməkdaşı ilə əlbəyaxa olan qatil zərərsizləşdirilir.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.

Xəbər xətti