Xoşqədəm Hidayətqızı ad günündə uşaq sığınacağı üçün tikilən binaya yüksək məbləğdə yardım etdi
Ucnoqta.az xəbər verir ki, ARB telekanalında Xoşqədəm Hidayətqızı və həyat yoldaşı Doğuşun təqdimatı ilə yayımlanan "Günaydın Azərbaycan" verilişində tanınmış aparıcı ona hədiyyə verilən yüksək məbləğdə vəsaiti uşaq sığınacağı üçün tikilən binaya yardım edib. Belə ki, Xoşqədəm Hidayətqızı uşaq sığınacağının tikintisinə yardım üçün orada məskunlaşan uşaqların şəkillərinin satışının təşkil edildiyini qeyd etdi.
Müğınnı Doğuş isə uşaq evlərinə həmişə diqqət etdiklərini və həmişə onların yanında olduğunu bildirib. Türkiyəli məşhur müğənni valideynlərin uşaqlarını atmamağa çağırıb.
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı isə Doğuş tərəfindən ona hədiyyə edilən bu məbləğin uşaq üvinin tikintisi üçün yardım etdiyini bildirib. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yardıma görə təşəkkür edib. O, sığınacağın adının türk dünyasını ilk vəkil qadını, əslən Şuşalı olan Sürəyya Ağaoğlu olacağını bildirib.